ABŞ Qrenlandiyaya qoşun göndərəcək - Saziş təsdiqləndi

12-06-2025, 16:14           
ABŞ Qrenlandiyaya qoşun göndərəcək -
Danimarka parlamenti ABŞ-lə imzalanmış “Müdafiə sahəsində əməkdaşlıq sazişi”ni təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Danimarka mətbuatı məlumat yayıb.

Bu razılaşma ABŞ-nin Danimarka ərazisində, o cümlədən Qrenlandiyada hərbi baza qurmasına, qoşun yerləşdirməsinə və hərbi texnika saxlamasına imkan yaradır. Sənəd ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən əvvəl - 2023-cü ilin dekabrında imzalanıb.

Sazişə dair səsvermə Qrenlandiyanın strateji əhəmiyyəti və ABŞ-nin orada hərbi mövcudluğunu artırmaq niyyəti fonunda ciddi ictimai və siyasi müzakirələrə səbəb olub. Xüsusilə Trampın Qrenlandiyanı "nəzarət altına almaq" niyyəti ilə bağlı açıqlamaları bu gərginliyi daha da artırmışdı.

Sazişin əsas məqsədi Danimarka və ABŞ arasında milli təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi və Arktika bölgəsində NATO-nun mövqelərinin gücləndirilməsindən ibarətdir.

Müqavilə Qrenlandiyada ABŞ-nin hərbi mövcudluğunu rəsmi şəkildə genişləndirməsinə hüquqi baza yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru