ABŞ yayın ikinci yarısında defoltla üzləşə bilər

12-06-2025, 17:14           
ABŞ yayın ikinci yarısında defoltla üzləşə bilər
Amerika Birləşmiş Ştatlar artıq yay aylarının ikinci yarısında dövlət borcu üzrə defoltla üzləşə bilər.
APA xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.

Bessent Nümayəndələr Palatasının Gəlir və Xərclər Komitəsində keçirilən dinləmədə ABŞ-ın 36,9 trilyon dolları keçən borcunu ödəmək üçün pulunun nə vaxt tükənəcəyi ilə bağlı suala “Yayın ortasında və ya sonunda” deyə cavab verib.

Bessent həmçinin sabiq prezident Co Baydenin administrasiyasını cari maliyyə ilində qeyri-adi dərəcədə böyük büdcə kəsiri gözləməkdə ittiham edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru