Yaponların uzunömürlü olmalarının sirri nədədir?

12-06-2025, 16:28           
Yaponların uzunömürlü olmalarının sirri nədədir?
Yaponların "Vaşoku" pəhrizi orqanizmin təbii yolla toksinlərdən təmizlənməsinə və sağlamlığın möhkəmlənməsinə kömək edir.

Bu barədə endokrinoloq Katya Yanq KP.RU-ya açıqlamasında danışıb.

Mütəxəssisin sözlərinə görə, yaponların qidasının 80 faizi bitki mənşəli, 20 faizi isə əsasən balıq və dəniz məhsullarından ibarət zülal tərkiblidir.

Rasiona daxil olan bitki mənşəli məhsullar - sellüloz, antosian və polifenollar orqanizmi müxtəlif xarici amillərdən qoruyur və toksinlərdən təmizlənməsini asanlaşdırır.

Yaponlar nadir hallarda ət yeyir, süd yerinə bitki mənşəli əvəzedicilərdən istifadə edir, pendiri isə tofu ilə əvəzləyirlər. Bu cür qida orqanizmi əlavə yükləmədən qoruyur. Omeqa-3 yağları ilə zəngin balıq və dəniz məhsulları ürək-damar sistemini gücləndirir və orqanizmi yodla təmin edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru