“İsrail yaxın günlərdə İranı vura bilər”​ - KİV

13-06-2025, 09:14           
“İsrail yaxın günlərdə İranı vura bilər”​ - KİV
“İsrail hakimiyyəti yaxın günlərdə İranı vura bilər”​.
Sitat.info xəbər verir ki, bu haqda “ABC News” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, onlar Vaşinqtonun mümkün hücumda iştirak edib-etmədiyini bilmirlər. Bununla belə, onlar ABŞ-nin İsrail hakimiyyəti ilə kəşfiyyat məlumatlarını paylaşa biləcəyini istisna etmirlər.

Qeyd edək ki, ABŞ İranla nüvə silahı ilə bağlı danışıqları davam etdirir. ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff bildirib ki, İsrail və ABŞ atəşkəsə nail olmaq, Qəzzada girovları azad etmək və İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün birlikdə çalışmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru