Almaniya Ukraynaya əlavə 1,9 milyard avro ayırmağı planlaşdırır

13-06-2025, 12:24           
Almaniya Ukraynaya əlavə 1,9 milyard avro ayırmağı planlaşdırır
Almaniya Ukraynaya hərbi yardım məqsədilə əlavə 1,9 milyard avro ayırmağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra bildirib.

"Son aylar ərzində Ukraynaya yardım 7 milyard avroya qədər artırılıb. İndi isə biz əlavə 1,9 milyard avro ayırmağı planlaşdırırıq. Bu, hələlik yekun qərar deyil, lakin biz hazırlıq mərhələsindəyik", – nazir qed edib.

Pistoriusun sözlərinə görə, vəsaitin bir hissəsi Ukrayna müdafiə sənayesindən avadanlıq alınması üçün istifadə olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru