"İranın nüvə obyektlərinə hücum fəlakətli ola bilər" - Çin XİN

15-06-2025, 11:54           
"İranın nüvə obyektlərinə hücum fəlakətli ola bilər" - Çin XİN
İranın nüvə obyektlərinə hücum fəlakətli nəticələrə səbəb ola bilər.

“Report” xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı deyib.

"İsrailin hərəkətləri BMT Nizamnaməsinin məqsəd və prinsiplərini, beynəlxalq münasibətlərin əsas normalarını ciddi şəkildə pozub", - V.İ bildirib.

Nazir əlavə edib ki, Çin İsrailə təsiri olan ölkələri sülhü bərpa etmək üçün əməli səylər göstərməyə çağırır.

V.İ həmçinin qeyd edib ki, Çin İranın suverenliyini, qanuni hüquq və mənafelərini dəstəkləyir.

Çinin baş diplomatı vurğulayıb ki, Pekin vəziyyətin yumşaldılmasında konstruktiv rol oynamağa davam etmək üçün Tehran və müvafiq tərəflərlə əlaqə saxlamağa hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru