"Volkswagen" tarixində ilk dəfə Çindəki zavodunu bağlayır

12-07-2025, 16:44           
"Volkswagen" tarixində ilk dəfə Çindəki zavodunu bağlayır
Alman avtomobil nəhəngi "Volkswagen" tarixində ilk dəfə olaraq Çində Nankin şəhərindəki SAIC ilə ortaq müəssisəsini bağlamaq qərarı verib. 2008-ci ildən fəaliyyət göstərən zavodda "Passat", "Skoda Superb" modelləri istehsal olunurdu.

Bu barədə "Handelsblatt" nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

Müəssisənin bağlanmasının səbəbi kimi zavodun şəhər mərkəzinə yaxınlığı səbəbindən elektromobil istehsalına uyğunlaşdırılmasının çətin və baha başa gəlməsi göstərilib. İstehsalat prosesi İccen şəhərindəki digər zavoda köçürüləcək.

Qeyd olunur ki, "Volkswagen"in Çində satışları azalıb. 2024-cü ildə 3 milyondan az avtomobil satılıb ki, bu da 2012-ci ildəndən bəri ən zəif göstəricidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru