İsrail Qətərin atəşkəs təklifini qəbul etdi, HƏMAS rədd etdi
13-07-2025, 00:04
İsrail Qətərin 60 günlük atəşkəs və girovların azad edilməsi təklifini qəbul edib, lakin HƏMAS bu razılaşmanı rədd edib. Bu barədə mətbuata İsrail rəsmisi məlumat verib.
Rəsmi bildirib ki, İsrail və HƏMAS təklif olunan saziş çərçivəsində İsrailin əməliyyat məqsədlərinə uyğun olaraq müharibənin dayandırılmasını müzakirə edəcəklər.
Rəsmi İsrailin Doha danışıqlarında çeviklik nümayiş etdirdiyini, HƏMAS-ı danışıqlara mane olan mövqelər tutmaqda ittiham etdiyini bildirib.
Təklifin təffərüatları və HƏMAS-ın razılaşmadığı məqamlar barədə məlumat verilməyib.