Həbsxanaya oxşayan məktəblər, yoxa çıxan uşaqlar: Ən qədim müsəlman ölkəsi VİDEO

Bu gün, 10:47           
Həbsxanaya oxşayan məktəblər, yoxa çıxan uşaqlar:
Baku TV-nin "Oralarda necədir?" rubrikasının yeni buraxılışında Bakıdan 1 629 kilometr uzaqlıqda, Ölü dənizin sahilində yerləşən İordaniyadan bəhs olunub.

Müstəqilliyini 1946-cı ildə qazanan İordaniya qədim Petra şəhəri, Herakl məbədi, Əməvi sarayının xarabalıqları və gözəl çimərlikləri ilə məşhurdur. Ölkənin paytaxtı Əmmanda uşaqlar 6 yaşından məktəbə gedirlər.

Məktəbdə şagirdlərin təhlükəsizliyi üçün hər yerdə dəmir barmaqlıqlar, tikanlı məftillər var.

Maraqlı məqamlardan biri isə odur ki, 6-cı sinifdən etibarən oğlanlar və qızlar ayrı-ayrı siniflərdə təhsil alırlar. İslam qayda-qanununa görə, bu, vacibdir. Əmmanda özəl məktəblər də var. Burada təhsil almaq və yaşamaq bir ilə 53 min dollara, bizim pulla 90 100 manata başa gəlir.

Bu ölkədə qadınlar daha sərbəstdirlər. Onlar benzindoldurma məntəqəsində belə işləyə bilirlər. Hətta ailəli olsalar da. Bu cür işdə çalışaraq aya 700 dollar, yəni 1 190 manat qazanırlar. İordaniyada yaxşı yaşamaq üçün aya 2 000-3 000 dollar, bizim pulla 3 400-5 100 manat gəlir lazımdır.

Bu ölkədə maaşlar elə də çox deyil. Pensiya yaşı isə 60-dan yuxarıdır. Aylıq təqaüd 560 dollar, yəni 952 manatdır.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru