İran kəşfiyyatından AÇIQLAMA: “Mossad” 23 yüksək vəzifəli şəxsə sui-qəsd planlayıb

Bu gün, 09:34           
İran kəşfiyyatından AÇIQLAMA:
İsrail ilə baş verən 12 günlük müharibə zamanı İran kəşfiyyatı 23 yüksək vəzifəli məmura qarşı planlaşdırılan sui-qəsdlərin qarşısını alıb.

Referans xəbər verir ki, bu barədə İran kəşfiyyatından məlumat verilib.

Bildirilib ki, “Mossad” İrandakı müxalif qüvvələrlə birgə, İsrailin Evin həbsxanasına zərbə endirməsindən sonra Tehranda genişmiqyaslı iğtişaşlar təşkil etməyi planlaşdırırmış.

Kəşfiyyat həmçinin qeyd edib ki, müharibə zamanı azı 450 xarici silahlı döyüşçü İrana daxil olmağa hazırlaşırmış.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru