İranın paytaxtı dəyişir: bu şəhər olacaq – Pezeşkian açıqladı

Bu gün, 11:24           
İranın paytaxtı dəyişir: bu şəhər olacaq –
İran Prezidenti Məsud Pezeşkian ölkədə ekoloji və infrastruktur problemlərinə görə paytaxtın Tehrandan köçürülməsinin qaçılmaz olduğunu bəyan edib.

Referans xəbər verir ki, dövlət başçısı bu barədə hökumət rəsmiləri ilə görüşdəki çıxışında bildirib.

“Biz bu tendensiya ilə Tehranda qala bilmərik. Tehranın bəzi yerlərində torpaq çökməsi 30 santimetrə çatıb”.

Pezeşkian ölkədəki su qıtlığı böhranına da diqqət çəkib və paytaxta suyun nəqlinin çox baha başa gəldiyini vurğulayıb.

Onun sözlərinə görə, İslam Respublikasının rəhbəri paytaxtın ölkənin cənubuna – Fars körfəzi sahillərinə köçürülməsi məsələsinin öyrənilməsi üçün xarici məsləhətçilərin cəlb edilməsinə razılıq verib. Lakin hələlik bu istiqamətdə hökumət tərəfindən real addım atılmayıb.

Prezident həmçinin Bəndər-Abbas və Hörmüzqan bölgəsinin İranın paytaxtı olması üçün ideal şəhərlər olduğunu bildirib. /globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru