İlber Ortaylının infarkt keçirdiyinə dair məlumatlar təkzib edildi
Bu gün, 11:38
Türkiyəli tarixçi və akademik İlber Ortaylının infarkt keçirdiyinə dair yayılan xəbərlər təkzib edilib.
Oxu.Az bildirir ki, Ortaylının "X" sosial şəbəkə hesabından verilən açıqlamada və tarixçinin qızının paylaşımında infarkt iddiaları qəti surətdə təkzib edilib.
Qeyd edilir ki, məşhur tarixçi xəstəxanada yalnız nəzarət məqsədilə olub.
Ortaylı qısa müddət ərzində xəstəxanadan evə buraxılıcağını deyib.