Mançesterdə sinaqoqa hücum edənin kimliyi AÇIQLANDI
Bu gün, 09:47
Mançesterdə sinaqoqa iki nəfərin ölümü ilə nəticələnən hücumu suriyaəsilli Böyük Britaniya vətəndaşı törədib.
Bu barədə Britaniya polisinin terrorla mübarizə bölməsinin bəyanatında deyilir.
"Hələlik rəsmi eyniləşdirmə aparılmasa da , bugünkü hücumlara görə məsuliyyət daşıyan şəxsin 35 yaşlı Cihad əş-Şami olduğunu təsdiqləyirik O, suriyaəsilli Britaniya vətəndaşıdır", - bəyanatda deyilir.