“Nar”ın rəhbərliyində dəyişiklik olub

Bu gün, 17:05           
“Nar”ın rəhbərliyində dəyişiklik olub
30 sentyabr 2025-ci il tarixində “Azerfon” MMC-nin ("Nar" ticarət nişanı) rəhbərliyində dəyişiklik olub. Şirkətin baş icraçı direktoru Qunnar Panke karyerasında yeni mərhələyə başlamaq məqsədilə tutduğu vəzifədən ayrılıb.
“Bu gün, 8 ilə yaxın müddətdə “Nar”da davam edən fəaliyyətim tamamlanır. Bu illər ərzində məqsədimiz sərfəli brend olaraq müştərilərimizə yüksəkkeyfiyyətli məhsul və xidmətlər təqdim etmək olub. “Nar – Sənə ən yaxın” şüarı ilə insanların həyatına müsbət təsir edən bir sıra layihələr həyata keçirdik, ilklərə və önəmli nailiyyətlərə imza atdıq. “Nar” komandası ilə birlikdə əldə etdiyimiz uğurlarla fəxr edir, komandanın hər bir üzvünə təşəkkür edərək minnətdarlıq hissi ilə “Nar”dan ayrılıram”, - deyə Qunnar Panke bildirib.
“Nar” fəaliyyəti dövründə göstərdiyi yüksək peşəkarlıq, əzmkarlıq və əldə olunan nailiyyətlərə görə Qunnar Pankeyə təşəkkür edir, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayır.
“Nar” baş icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı məlumatı yaxın zamanda ictimaiyyətə təqdim edəcək.
2007-ci ildə fəaliyyətə başlayan “Azerfon” MMC (“Nar” ticarət nişanı) qısa müddətdə ölkənin telekommunikasiya sahəsində aparıcı şirkətlərdən birinə çevrilib. Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru