"Lill"in türkiyəli qapıçısı bir neçə dəqiqə ərzində üç penaltini qaytarıb VİDEO
Bu gün, 08:42
"Lill"in türkiyəli qapıçısı Berke Özer UEFA Avropa Liqasında səfərdə "Roma" ilə matçda (0:1) üç dəqiqə ərzində üç penaltini dəf edib.
Oxu.Az bildirir ki, görüşün baş hakimi 82-ci dəqiqədə Fransa təmsilçisinin qapısına penalti təyin edib.
"Lill" futbolçuları qayda pozuntularına yol verdiklərinə görə ev sahibləri penaltini iki dəfə təkrarlamalı olublar.
Hücumçu Artyom Dovbikin hər iki zərbəsini 25 yaşlı Özbek qaytara bilib. O, Matias Soulenin 85-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən də hesabı dəyişməsinə imkan verməyib.