Milyarder İbrahim Süleymanov Moskvada saxlanılıb - KİV

Bu gün, 11:47           
Milyarder İbrahim Süleymanov Moskvada saxlanılıb - KİV
Dağıstanlı milyarder İbrahim Süleymanov Moskvada saxlanılıb.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, Süleymanov qətldə şübhəli bilinir.
İş adamının oktyabrın 2-nə keçən gecə saxlanıldığı bildirilib.

O, bir neçə il bundan qabaq baş vermiş qətl hadisəsində ittiham olunur. Müstəntiqlər onun barəsində həbs-qətimkan tədbiri seçilməsini məhkəmədən xahiş etmək niyyətindədirlər.

Qeyd edək ki, Süleymanov müasir Rusiyanın ən müəmmalı və nüfuzlu oliqarxlarından biri hesab olunur. O, əvvəllər dələduzluq və çirkli pulların yuyulmasında təqsirli bilinib, lakin həbsdən sonra da nüfuzunu və hakimiyyətini qoruyub saxlaya bilib. O, əvvəllər dövlət tərəfindən idarə olunan Sirena-Travel hava yolları rezervasiya sisteminə nəzarət edib və əsas sektorlarda - nəqliyyat, aviasiya və informasiya texnologiyalarında nüfuz sahibi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru