Putin: Rusiya iki dəfə NATO-ya üzv olmaq istəyib

Bu gün, 12:34           
Putin: Rusiya iki dəfə NATO-ya üzv olmaq istəyib
Rusiya iki dəfə NATO-ya üzv olmağa hazır olduğunu bəyan edib və hər iki dəfə rədd edilib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Valday diskussiya klubunun plenar iclasında çıxışında bildirib .

Onun sözlərinə görə, Rusiya Qərb tərəfdaşları ilə birlikdə işləməyə hazır olub, lakin qərblilər stereotiplərdən əl çəkməyə hazır deyildilər.

Putin xatırladıb ki, başqa ölkələrə nə edəcəyini diktə etmək cəhdləri uğursuzluqla nəticələnib: "Dünyada hər kəsə nə edəcəyini diktə edəcək bir qüvvə yoxdur və olmayacaq. Hər bir gücün öz həddi var".

Rusiya prezidenti qeyd edib ki, ölkələrin maraqları heç vaxt tam üst-üstə düşmür. O əlavə edib ki, beynəlxalq münasibətlərin bütün tarixi ölkələr arasında öz maraqları uğrunda gedən mübarizədir.

Putin Rusiyanın NATO-ya hücum edə biləcəyi ilə bağlı iddialar da münasibət bildirib. O, bu iddiaları cəfəngiyat adlandırıb.

"Avropa Rusiyanın düşmən olması fikrini əsrlər əvvəl uydurub. Avropa elitasının siyasəti yeni bir şey deyil", - o deyib.

Putin Qərb elitasına müraciət edib: "Sakitləşin, dinc yatın və nəhayət, öz problemlərinizlə məşğul olun".

Bununla belə, Putin Avropanın silahlanmasına da münasibət bildirib. O, Moskvanın buna cavabının özünü çox gözlətməyəcəyini söyləyib: "Heç kəs şübhə etmir ki, Rusiyanın Avropanın militarizasiyasına cavabı özünü çox gözlətməyəcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru