Putinin çıxışı zamanı hücuma keçdilər

Bu gün, 11:44           
Putinin çıxışı zamanı hücuma keçdilər
Rusiya Prezidenti Vladimir Putinin Valday Beynəlxalq Diskussiya Klubunun 22-ci illik iclasının plenar sessiyasında çıxışı ilə eyni vaxtda Ukrayna Silahlı Qüvvələri Rusiyaya qarşı yeni hücuma başlayıb.

TEREF xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi teleqramda açıqlama yayıb.

Qeyd olunub ki, Qara dəniz üzərində Ukraynaya məxsus 11 sabitqanadlı pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edildiyini bildirib. Hadisə 18:00–20:00 arası baş verib. Nazirlik əlavə məlumat paylaşmayıb.

Bundan əvvəl də Putinin çıxışı zamanı Belqorod vilayətində dron hücumu barədə xəbərlər yayılmışdı. Məlumata görə, hücumlar Şebekinski şəhər dairəsi, eləcə də Dolqoye, Borisovka və Berezovka kəndlərini hədəf alıb.//Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru