Zülmət iki ölkənin qapısını KƏSDİRƏ BİLƏR - Müzakirələr başladı

Bu gün, 11:16           
Zülmət iki ölkənin qapısını KƏSDİRƏ BİLƏR - Müzakirələr başladı
Finlandiya və İsveç hakimiyyət orqanları mümkün elektrik kəsintilərinə (bləkautlara) qarşı tədbirləri nəzərdən keçirirlər.
Bu barədə “Iltalehti” nəşri ölkələrin aparıcı enerji şirkətlərinin nümayəndələrinə istinadən yazıb.

Bildirilib ki, bu qərar 2025-ci ilin yazında Pireney yarımadasında baş vermiş genişmiqyaslı enerji sisteminin nasazlığından sonra qəbul edilib.

“Biz ölkənin əhəmiyyətli bir hissəsinin qaranlığa qərq ola biləcəyi vəziyyətə hazır olmalıyıq,” — deyə Finlandiyanın elektrik şəbəkəsi operatoru olan "Fingrid" şirkətinin baş direktoru Asta Sihvonen-Punkka bildirib.

Onun sözlərinə görə, elektrik kəsintisi hava şəraiti və ya insan səhvi səbəbindən baş verə bilər. Bu səbəbdən qonşu ölkələr arasında əməkdaşlıq və informasiya mübadiləsi yollarının qurulması vacibdir.

Eyni zamanda, İsveçin enerji ötürmə sistemi operatoru olan Svenska Kraftnät şirkətinin əməliyyatlar üzrə strateji meneceri Erik Ek qeyd edib ki, ölkələri bləkautdan tam qorumaq mümkün deyil. Lakin o əlavə edib ki, İsveçdə bu cür hallara qarşı tədbirlər planı hazırlanır.

Aprelin 28-də İspaniya, Portuqaliya və Pireney yarımadası ilə sərhəd olan Fransa bölgələrində qəfil və genişmiqyaslı elektrik kəsintisi baş verib. Hadisənin səbəbləri arasında texnoloji nasazlıqdan tutmuş kibertəhlükəyə qədər müxtəlif versiyalar nəzərdən keçirilib. Şəhərlərdə işıqforlar, metro, hava limanları işləmirdi, dəmir yolu və avtomobil tunellərində hərəkət dayandırılıb. Demək olar ki, bütün banklar, kafelər və mağazalar bağlanmışdı, evlərdə işıq yox idi, mobil rabitədə fasilələr müşahidə olunub.

Sonradan Portuqaliyanın enerji operatoru Redes Energéticas Nacionais bildirib ki, elektrik şəbəkəsindəki nasazlıqlar “nadir atmosfer hadisəsi” səbəbindən baş verib. Mütəxəssislərin sözlərinə görə, İspaniyada temperaturun kəskin dəyişməsi yüksək gərginlikli elektrik xətlərində “anomal güc dalğalanmalarına” səbəb olub./publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru