İranda güclü zəlzələ baş verib Bu gün, 08:21 İranın mərkəzi hissəsində 5.1 bal gücündə zəlzələ qeydə alınıb.Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təxminən 1.5 milyon insanın yaşadığı İsfahan şəhərindən 183 kilometr şimal-şərqdə yerləşib.Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.Tələfat və dağıntılar barədə məlumat yoxdur. Facebook-da paylaş