İtaliya Azərbaycanın Avropada ən vacib siyasi, iqtisadi və strateji tərəfdaşlarından biridir

Bu gün, 15:28           
İtaliya Azərbaycanın Avropada ən vacib siyasi, iqtisadi və strateji tərəfdaşlarından biridir
Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan İtaliya Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırır və bu niyyətini dəfələrlə bəyan edib, bu istiqamətdə əməli addımlar da atıb.
İlk növbədə İtaliya Avropa İttifaqının aparıcı dövləti kimi Cənubi Qafqazda gedən prosesləri yaxından izləyir və vəziyyəti düzgün qiymətləndirərək reallığa uyğun qərarlar qəbul edir. Digər tərəfdən, İtaliya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarı, sülhün bərqərar olmasının dəstəkçilərindən biridir.
Son illər ərzində Azərbaycan və İtaliya arasında münasibət çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “iqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır”.
Sentyabrın 30-da İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycana rəsmi səfərə gəlib. Bu səfər İtaliya Prezidentinin son 7 ildə ölkəmizə ikinci səfəridir. Səfər çərçivəsində Azərbaycan və İtaliya Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Görüşlərdə Azərbaycan-İtaliya arasında əlaqələr, onların genişləndirilməsi və bir sıra digər məsələlərə müzakirə edilib.
Prezident İlham Əliyevin İtaliya Prezidenti ilə mətbuata bəyanatında dediyi kimi: “Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq”.
Son illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Hazırda siyasi əlaqələr ən yüksək səviyyədədir.
İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəsı artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilib. Burada xüsusilə Azərbaycan neftinin və qazının İtaliyaya ixracını qeyd etmək lazımdır. Bununla yanaşı Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəsini vermişdir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə ixracın əhatə dairəsi artır və hazırda boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi: “Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdədir, Azərbaycan qazı ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir. Biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı”.
Azərbaycan və İtaliya Prezidentlərinin Bakıda keçirdikləri görüşlərdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinə də toxunulub. Qeyd edilib ki, İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək verib.
Prezidentlərin geniş tərkibdə görüşündə İtaliya Prezidenti Sercio Mattarella söyləyib ki, “Prezident Əliyevlə atdığımız addım bizim qarşılıqlı anlaşmaya, dostluğa, əməkdaşlığımıza xidmət edən addım olacaqdır ki, İtaliya bu dostluqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir”
İtaliya Prezidenti həmçinin bildirib ki, ölkələrimiz arasında strateji əməkdaşlığa tam dəstək veririk. “Əməkdaşlığımız yüksələn xətlə artır, genişlənir və müxtəlif sahələri əhatə edir”, - deyə İtaliya Prezidenti əlavə edib.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru