Rusiyanın baş rahibinin hesabındakı 297 milyon…

8-12-2016, 09:34           
Rusiyanın baş rahibinin hesabındakı 297 milyon…
Moskva Arbitraj Məhkəməsi 2008-ci ildə dünyasını dəyişən Patriarx II Aleksinin hesabında qalan 297 milyon rublun qanuni hüquqla vərəsəliyə verilməsini tələb edib.

Axar.az RİA-ya istiandən xəbər verir ki, məhkəmənin qərarına görə, bu pulu Patriarxın varisi rahibə Aleksandra Smirnova almalıdır.

Patriarx Aleksinin mirası barədə mövzu "Vneşprombank"ın müflis olması ilə bağlı keçirilən məhkəmədən sonra daha da məşhurlaşıb.

80 yaşlı Filareta (Smirnova) məhkəmədən bank kreditorları siyahısına alınmasını xahiş edib. Məhkəmə isə 297 milyon rublluq mirasın ödənilməsini tələb eləyib.

Bu əhvalat Rus Pravoslav Kilsəsinin yepiskopları arasında öz-özlüyündə sensasiyalı həyat tərzi barədə, yəqin ki, yeni mübahisələrə səbəb olacaq. Bu, kilsə iyerarxiyasının heç də adi asket həyatı yaşamadığına növbəti sübut ola bilər.

Patriarx Aleksinin miras skandalı ortaya bir neçə sual çıxarır:

– Rus Pravoslav Kilsəsi bu pulları hardan qazanır? Patriarxın şəxsi gəliri, ümumiyyətlə, hardan gəlir?

– Niyə patriarx öz mirasını xeyriyyəçiliyə bağışlamaq əvəzinə konkret fiziki şəxsə vəsiyyət edib?

– Rahibə Filareta kimdir və onun II Aleksi ilə hansı münasibətləri olub?

– Və nəhayət, sonuncu sual. Niyə Patriarxın miras məsələsi düz dekabrın 5-i, onun ölüm günündə qaldırılır?












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.