ABŞ PKK-nın Suriyadakı qollarına 7 helikopter silah verib

14-12-2016, 01:23           
ABŞ PKK-nın Suriyadakı qollarına 7 helikopter silah verib
ABŞ terrorçu PKK-nın Suriyadakı qollarından olan PYD və YPG-yə 7 helikopter stinger silahı göndərib.

“Report” Haber7-yə istinadən xəbər verir ki, silahla dolu helikopter YPG-nin nəzarəti altında olan Suriyanın Ayn İsa bölgəsində yerə enib. Bu silahdan terrorçu İŞİD-in nəzarətində olan Suriyanın Rakka şəhərinin azad edilməsində istifadə olunacağı bildirilib. Onların arasında zirehli texnikanı məhv edə biləcək silahlar da var.

Məlumata görə, İŞİD-in əlində helikopter və qırıcı təyyarələr yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın YPG və PYD-yə helikopter və qırıcı təyyarələri vurmaq üçün silah vercəyi barədə məlumat yayılıb. Bu silahlar ABŞ prezidenti uyğun sənədi iumzaladıqdan sonra terrorçu PKK-nın Suriyadakı qollarına verilməli idi. Lakin ölkə prezidenti həmin sənədə imza atmadan stingerlər YPG və PYD-yə təhvil verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru