Suriyada İran ordusunun komandiri öldürülüb

14-12-2016, 17:29           
Suriyada İran ordusunun komandiri öldürülüb
Suriyanın Hələb şəhərində İran ordusunun daha bir komandiri öldürülüb.

“Anadolu” agentliyi xəbər verir ki, İran İnqilab Keşikçiləri qvardiyasının “Tedmür İmha” taborunun komandanı Həsən Əkbəri Suriyanın şərqində gedən döyüşlərdə həlak olub.

Məlumata görə, o, 1980-1988-ci illərdə İran-İraq müharibəsində də iştirak edib və döyüşlərdə yaralanıb.

Suriyada 5 ildir davam edən döyüşlərdə Bəşşar Əsəd rejiminə dəstək verən İranın 15 generalı və çoxlu sayda əsgəri öldürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru