FED uçot dərəcəsini qaldırdı

15-12-2016, 00:18           
FED uçot dərəcəsini qaldırdı
Qlobal bazarların səbirsizliklə gözlədiyi kritik qərar açıqlandı.

“Marja” xəbər verir ki, ABŞ Mərkəzi Bankı (Fed) uçot dərəcəsini gözənildiyi kimi 0,25 faiz bəndi artıraraq 0,25% – 0,50% aralığından 0,50%- 0,75% aralığına qaldırdı.


Fed 2017-də 3 dəfə faiz artırımı gözləyir.

Fedin faiz qərarından sonra Dollar bahalaşır. Avro/dollar məzənəsi yenidən 1.05 səviyyəsinə düşüb.

İndi diqqətlər Fed sədri Janet Yellenin Bakı vaxtı ilə saat 23:30-da başlayacaq mətbuat konfransına çevrilib. Əsas məsələ Fed-in 2017-ci ildə neçə dəfə faiz artıracağıdır. Qlobal bazarlar bu baxımdan Janet Yellenə diqqətlə qulaq asacaqlar.

Qeyd edək ki, Fedin faiz artıracağına 100% ehtimal verilirdi. Bu səbəbdən dollar güclənməkdə idi. Əgər Fed gələn il faiz artırmaqda daha sürətli davam edərsə Dollar da bahalaşmaqda davam edə bilər.

AZƏRBAYCANA TƏSİRİ

İqrtisadçı Vüqar Bayramov bildirib ki, Fed-in uçot dərəcəsini artırması ilə manata psixoloji təsir yüksələcək. Bu həmçinin daxili valyuta bazarında dollar tələbin daha da artması ilə müşahidə ediləcək. Bu baxımdan, Mərkəzi Bankın bütün potensial senarilərə hazır olması vacibdir. Çünki bu halda söhbət valyuta bazarında dollar tələbinin təklifi yenidən kəskin üstələməsindən gedə bilər.

GÖZLƏMƏYİ ÜSTÜN TUTMUŞDU

Fed 2016-ci ildə, əvvəl Çin bazarlarındakı qeyri-sabitlik, daha sonra İngiltərənin Brexit şoku və ABŞ-da Donald Trump-ın sürpriz bir şəkildə prezident seçilməsilə əlaqədar olaraq gözləməyi üstün tutmuş və faiz artımlarını təxirə salmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.