Trampın qərargahından Tillersonla bağlı açıqlama

15-12-2016, 00:35           
Trampın qərargahından Tillersonla bağlı açıqlama
“Exxon Mobil” korporasiyasının başçısı Reks Tillerson zəngin beynəlxalq təcrübəyə malik olduğuna görə Donald Tramp tərəfindən ABŞ dövlət katibi seçilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın yeni seçilən prezidenti Donaldın Trampın rəsmi nümayəndələri Şon Spayser və Ceyson Miller bəyan ediblər.

“Reks Tillerson beynəlxalq səviyyəli mütəxəssisdir. Onun dünya üzrə zəngin təcrübəsi və əlaqələri, eyni zamanda geosiyasət məsələlərində anlayışı var”, deyə C.Miller bildirib.

Ş.Spayser, öz növbəsində, R.Tillersonun Senat tərəfindən təsdiq olunacağına əminliyini bildirib. O qeyd edib ki, “Exxon Mobil”-in rəhbərinin dövlət katibi postuna gətirilməsinə münasibət olduqca müsbətdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru