Canet Yellendən dollar açıqlaması:"Hər hansı sarsıntı gözlənilmir"
15-12-2016, 09:45
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin artırılması ilə bağlı bazarlarda hər hansı sarsıntı gözləmir.
Bunu FED-in rəhbəri Canet Yellen bəyan edib.
“Uçot dərəcəsinin artırılmasına dair qərar iqtisadiyyatda tərəqqini əks etdirir. Onun bazar kurslarına təsiri yalnız cüzi ola bilər”, – deyə C.Yellen bildirib.
Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 0,5-0,75% artırıb.