Oliqarxlarla böyük savaşa başlayacam - Navalnı

15-12-2016, 13:42           
Oliqarxlarla böyük savaşa başlayacam - Navalnı
Rusiyada hakimiyyət dəyişikliyi olsa və prezident mən olsam, hazırkı ölkə başçısı Vladimir Putinlə ailəsinə toxunulmazlıq zəmanəti verəcəm.

Axar.az xəbər verir ki, bunu “Exo Moskva” radiosuna müsahibəsində rusiyalı blogger Aleksey Navalnı söyləyib. Prezidentlə probleminin olmadığını söyləyən blogger hakimiyyətə gələcəyi təqdirdə oliqarxlarla böyük savaşa başlayacağını bildirib:

“Putinin toxunulmazlığı hakimiyyətin tranzitində vacib məsələ olmalıdır. Bu toxunulmazlıq Seçin, Rottenberq və digər oliqarxlara aid edilməyəcək. Əgər biz bu insanlarda qanunsuz milyardları saxlamaq istəyiriksə, o zaman niyə dəyişiklik istəyirik?”

Qeyd edək ki, Navalnı 2018-ci martında ölkədə keçiriləcək prezident seçkisində iştirak edəcəyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru