Trampa etiraz edən Hollivud ulduzu həbs olundu

26-01-2017, 17:34           
Trampa etiraz edən Hollivud ulduzu həbs olundu
Amerikalı tanınmış aktyor Şaya LaBaf Nyu-Yorkda prezident Donald Trampa qarşı keçirilən aksiya zamanı həbs olunub.

TEREF.İNFO “TMZ”-yə istinadən xəbər verir ki, 30 yaşlı aktyor Trampın inauqurasiyasından sonra “O bizi ayıra bilməyəcək” adlı kampaniyaya başlayıb. Aktyor Quins şəhərində etiraz edərkən tutulub.

Nyu-York polis departamentinin məlumatına görə, polislər yanvarın 23-də ərazidə xidmət apararkən naməlum şəxs kamera qarşısında danışmağa başlayıb. Bu, LaBafın xoşuna gəlməyib və tərəflər arasında qarşıdurma yaşanıb.

Nəticədə aktyor həbs olunub. Hazırda onun tərəfdarları aksiyanı davam etdirirlər.

Qeyd edək ki, daha əvvəl Ancelina Colinin atası Con Voyt Trampa etiraz etdiyinə görə Mayli Sayrus və Şaya LaBafı dövlətə xəyanətdə ittiham etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru