Lavrov PKK liderləri ilə Moskvada görüşür

26-01-2017, 19:11           
Lavrov PKK liderləri ilə Moskvada görüşür
Rusiya PYD-dən üç nəfərin Moskvaya göndərilməsini istəyir.

teref.az xəbər verir ki, bunu “Sputnik” agentliyinə açıqlamasında PYD-nin Fransadakı nümayəndəsi Xalid İsa söyləyib. O, bu şəxslərin Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşəcəyini bildirib:

“Rusiya Suriya böhranının həllində bizim düşüncələrimizi öyrənmək üçün 4 gün əvvəl PYD-ni Moskvaya dəvət etdi. PYD-dən Rusiyaya mən, Ənvər Müslim və Asya Abdullahın getməsi istənilir. Biz dəvəti qəbul etmişik. Lavrovla görüşümüz sabah saat 09:00-da olacaq”.

Qeyd edək ki, PYD PKK terror təşkilatının Suriya qanadıdır. Terror təşkilatı kürdlərə Suriyada muxtariyyət verilməsinə çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru