SSRİ “KQB”-nin sədri bu araqızışdırana “Mersedes” bağışladı - FOTOLAR

27-01-2017, 11:57           
SSRİ “KQB”-nin sədri bu araqızışdırana “Mersedes” bağışladı - FOTOLAR
Qarabağ ermənilərini Azərbaycandan ayrılmaq üçün qızışdıran Levon Ter-Petrosyan Lefortovoda yatıb-çıxdıqdan sonra prezident oldu və üstəlik, V.Kryuçkovun qiymətli hədiyyəsinə də layiq görüldü...

Dağlıq Qarabağda münaqişənin alovlandırılmasında böyük rol oynamış Ermənistanın ilk prezidenti (1991-1998) bu vəzifəyə gələndən az öncə həbs edilərək 8 silahdaşıyla birgə 6 ay DTK-nın Moskvadakı Lefortovo zindanında
yatıb.
Maraqlıdır ki, həbsdən azad olunduqdan az sonra o, özü Ermənistanın prezidenti “seçilib”, silahdaşları isə müxtəlif vəzifələrə təyin olunub. Üstəlik, sovet DTK-nın o vaxtkı sədri Vladimir Kryuçkov özü şəxsən Ter-Petrosyana “Mersedes” markalı qara zirehli avtomobil bağışlayıb.
Moderator.az xəbər verir ki, hazırda erməni mediası bu barədə fəxrlə yazır. Ter-Petrosyan istefaya getdikdən sonra isə həmin avtomobili prezident sarayına təhvil verib. 2016-cı il dekabrın sonundan keçmiş prezident avtomobili hərraca qoyulub. Hazırda bir sıra ermənilər bundan qəzəblidirlər ki, niyə o boyda etibarlı "böyük qardaş"ın ilk prezidentə bağışladığı avtomobil digər ikinci dərəcəli məmurların köhnə maşınları ilə yan-yana qoyulub...














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru