Suriya prezidenti haqqında sensasion iddia — Bəşər Əsəd ölüm ayağındadır

28-01-2017, 12:15           

Suriya prezidenti Bəşər Əsədin xəstə olması barədə şaiyələr yayılıb.

Ölkə.Az xəbər verir ki, onun vəziyyətinin ağır olduğu bildirilib.

Məlumatlara əsasən Əsəd xəstəxanada müalicə alır. Hətta bəzi mənbələrdə Bəşər Əsədin ölüm ayağında olduğu da bildirilir.

Məlumatlar yayılandan sonra B.Əsədin mətbuat xidmətindən bildirilib ki, deyilənlər həqiqətə uyğun deyil. Bildirilir ki, hazırda Əsədin sağlamlığında heç bir problem yoxdur.

“Artıq bir neçə gündür ki, prezident Bəşər Əsədin sağlamlığının yerində olmadığı barədə məlumatlar yayılır. Bunlar həqiqətə uyğun deyil. Belə yalanlar Əsədin düşmənləri tərəfindən yayılır”, - deyə məlumatda bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru