Zəhərli iynəni vurmayan amerikalı kəşfiyyatçı, prezidenti necə biabır etdi? – Kəşfiyyat qalmaqalı

4-04-2015, 15:12           
Zəhərli iynəni vurmayan amerikalı kəşfiyyatçı, prezidenti necə biabır etdi? – Kəşfiyyat qalmaqalı Bu əhvalat SSRİ-Amerika casus tarixində ən qalmaqallı və məşhur hadisə olub. Lakin nə qədər qəribə olsa da, bu qalmaqal sülh təşəbbüsü ilə başlayıb. İkinci Dünya müharibəsinin qəhrəmanı, ABŞ prezidenti Duayt Eyzenhauer Birləşmiş Ştatlara başçılıq edərkən, SSRİ ilə xarici siyasət sahəsində münasibətləri yumşaltmağa çalışıb. SSRİ-yə qarşı yönəldilmiş hərbi blokların möhkəmləndirilməsini, Sovet İttifaqı və ABŞ arasında etimadın artırılması ilə əvəz etmək istəyib.

Eyzenhauerin bu yönümdə təşəbbüslərindən biri, SSRİ-yə ABŞ ilə «açıq hava məkanı» haqqında müqavilə bağlamaq təklifi olub. Bu müqaviləyə əsasən, tərəflər bir-birinin ərazisi üzərində təftiş uçuşları keçirmək hüququnu qazanacaqdılar. Sovet lideri Nikita Хruşşov bu təşəbbüsü rədd edir. Səbəbsə, SSRİ ərazisində Qərbi Avropaya soxulmaq üçün külli miqdarda hərbi qüvvələrin olması deyildi. Nə qədər təəccüblü olsa da, problem — bu hərbi qüvvələrin olmamasında idi…

Baxmayaraq ki, Sovet İttifaqı atom, sonra isə hidrogen bombasını artıq əldə etmişdi, hərbi sahədə ABŞ-dan geri qalırdı. Bu şəraitdə sovet rəhbərliyi amerikalılardan əsl həqiqəti gizlədərək və öz imkanlarını şişirdərək, müəyyən dərəcədə yalan uydururdu. Amerika agenturasının hər hansı yerüstü yolla müdaxiləsini isə sovet xüsusi xidmət orqanları uğurla aradan qaldırırdı. Lakin «açıq səma məkanı» haqqında müqavilə dərhal Nikita Хruşşovun ciddi-cəhdlə gizlətdiyi əsil həqiqəti açacaqdı. Buna isə Sovet rəhbərliyi heç cür yol verə bilməzdi.

Ələkeçməz təyyarə

Lakin bu, amerika rəhbərliyinin SSRİ-nin hərbi potensialı barədə hər şeyi öyrənmək istəyini daha da artırdı. Və əgər Sovet İttifaqı özü öz sirrini açmaq istəmirsə, onda bunu onun iradəsindən asılı olmayaraq etmək lazım gələcək, deyən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) başçısı Allen Dalles işə qarışır . MKİ-da U-2 yeni təyyarə-kəşfiyyatçının köməyi ilə SSRİ ərazisi üzərində kəşfiyyat uçuşları proqramı hazırlanır. Bu, əsl texniki möcüzə idi: «lokxid» şirkəti tərəfindən hazırlanmış bu təyyarə, sovet Hava Hücumundan Müdafiə vasitələrinin «əlləri çatmayacağı» 20 kilometrdən artıq yüksəklikdə uçuşlar üçün nəzərdə tutulurdu. 1956-ci ilin iyul ayından etibarən U-2 təyyarələri cəzasız olaraq, SSRİ ərazisi üzərində uçuşlar həyata keçirir, kəşfiyyat cihazlarının köməyi ilə dəyərli məlumatlar əldə edirdilər. Sovet rəhbərliyi bundan qəzəblənərək, dəfələrlə rəsmi açıqlama tələb edir. Lakin Birləşmiş Ştatlar bildirir ki, onlar SSRİ ərazisi üzərində heç bir kəşfiyyat aparmırlar və bu, ağ yalandır.

Bununla belə, MKİ hər ehtimala qarşı belə bir cavab versiyası da hazırlamışdı ki, əğər yalan üzə çıxsa, uçuşların NASA tərəfindən elmi məqsədlərlə həyata keçirildiyi bəyan edilsin. Və belə hesab edirdilər ki, əgər təyyarəni vursalar, qəddar sovet kommunistləri tərəfindən vəhşicəsinə öldürülmüş azan pilot-meteoroloq haqqında ürəkləri sızladan «nağıl» danışmaq hər zaman mümkündür. Belə vəziyyət təxminən dörd il davam edir: təyyarələr maneəsiz olaraq sağa-sola uçur, sovet rəhbərliyinin qəzəbi son həddə çatsa da, ələkeçməz U-2 ilə bacarmaq mümkün olmurdu.

Casusun məhv edilməsi üçün kamikadze hazırlanır

1960-ci il mayın 1-də U-2 təyyarə-kəşfiyyatçısı Pakistanın Pişəvər bazasından Aral dənizi -Murmansk — Kirov -Arxangelsk — Sverdlovsk marşrutu üzrə kəşfiyyat uçuşu həyata keçirmək üçün havaya qalxır. O, Norveçdə Buda bazasında yerə enməli idi. Casusun sərhədi keçməsi müəyyən edildikdən sonra, onun məhv edilməsi üzrə işlərə başlanılır. Göyə qırıcı təyyarələr qaldırılır. Lakin bu qırıcılar prinsipcə, onu zərərsizləşdirməyə onsuz da malik deyildilər. Ekstremal vəziyyətdə bu marşrut üzrə uça bilən və casusu 20 km hündürlükdə haqlamaq iqtidarında olan yalnız bir sovet təyyarəsi tapılır. Həmin Su-9 təyyarəsi Sverdlovsk yaxınlığında aerodromda idi. Lakin bu təyyarə silahla təchiz olunmamışdı və üstəlik pilotun belə yüksəkliklərdə uçuşlar üçün xüsusi geyimi yox idi. Buna baxmayaraq, hərbi komandanlıq Su-9-a casus təyyarəsini haqlamaq və ona çırpılaraq, təyyarəni məhv etmək əmri verir. Belə vəziyyətdə sovet təyyarəçisinin sağ qalmaq şanşı olmadığı hamıya aydın idi. Müharibə vəziyyəti olmadığıdan pilot kamikadze olmaqdan imtina hüququna malik idi. Lakin pilot İqor Mentyukov yalnız ailəsinə qayğı göstərilməsini xahiş edərək, döyüşə yollanır. İqorun həyat yoldaşı bu zaman hamilə idi. Təəssüfmü, yoxsa xoşbəxtlikdənmi deyək, Su-9 hədəfə dəqiq olaraq yaxınlaşa bilmir. Yanacağı bitən təyyarə aerodroma qayıdır…

Dəqiq və təcrübəsiz zenitçi atəşi

Uğursuzluqla başlayan əməliyyat, sovet zenitçilərinin sayəsində qələbə ilə nəticələnir: məhz bu uçuş U-2 -nin son uçuşu olur. Mayın 1-də səhər saat 8:50 radələrində təyyarə-kəşfiyyatçı 2-ci zenit raket divizionunun döyüş zonasına daxil olur. Divizion həmin anda ən müasir zenit-raket
kompleksi olan «Dvina С-75” ilə təchiz olunmuşdu. Beləliklə, sərhəd pozucusu 8:53-də vurulur. Lakin texnika çatışmazlığı və kifayət qədər təcrübənin olmaması faciəyə gətirib çıxardı. Kamikadze aqibəti yaşamalı olan pilot sağ qalsa da, həyəcan siqnalı verilərkən göyə qalxan sovet qırıcı təyyarəsi, ikinci atəş nəticəsində səhvən vurulur və nəticədə pilot, baş leytenant Sergey Safronov həlak olur.

Bu arada 1 May tədbirlərinə hazırlaşan Kosulino kənd sakinləri göydən düşən paraşütçü görürlər. Əlbəttə, İlk anda heç kimin ağlına gəlməzdi ki, təyyarəçi casus ola bilər… Lakin, yerli sakinlər endikdən sonra anlaşılmaz dildə bir cümlə mızıldanan paraşütçüdən ehtiyatlanaraq, onu yerli sovxozun kontoruna aparırlar. Hərbiçilər gəlincə, onun üzərində olan silah və blçaq götürülür. Yeri gəlmişkən, naməlum şəxs özünü çox sakit aparırmış, müqavimət göstərmirdi və susmağa üstünlük verirdi. Kəndə gələn hərbçilər əldə edilən «qəniməti» aidiyyatı orqanlara təhvil verirlər. «Qənimət» əslən ABŞ-ın Kentukki ştatından olan təcrübəli pilot Frensis Qeri Pauers olub. Pilotun bəxti gətirib, çünki zenitçilərin atəşi “zərgər dəqiqliyi“ ilə alınlb. Atəş nəticədə təyyarənin arxa hissəsi dağıdılıb, kabinəsi isə salamat qalıbmış. Frensis Pauers vurulmuş təyyarədən casusluq fəaliyyəti izlərini itirmək üçün partlayıcı qurğunu işə salmalı idi. Bundan başqa, pencəyinin yaxasında DTK-nın əlinə düşməmək üçün zəhərli iynə də var idi. Lakin pilot ölmək istəmirdi. Pilot bu təlimatların heç birinə əməl etmir və hətta yerə enərkən də, özünü xilas etmək üçün heç bir cəhd göstərmir.

Prezidentin biabırçılığı

Bu arada ABŞ-da təyyarənin yoxa çıxmasına əmin olduqdan sonra, NASA -nın elmi tədqiqatlarla məşğul olan təyyarəsinin Türkiyə səmasında böyük yüksəklikdə texniki problem üzündən itdiyi haqda xəbər verilir. Bir neçə il ərzində sovet ərazisi üzərində U-2 -nın cəzasız uçuşları Sovet lideri Nikita Хruşşovda kifayət qədər qəzəb yaratmışdl. İndi qəzəbi amerikalıların üzərinə tökməyin vaxtı gəlib çatmışdı. NASA sülhməramlı tədqiqat təyyarəsinin itkin düşməsi barəsində danışarkən, 1960-ci il mayın 5-də Хruşşov sensasiyalı bəyanat verir: Sovet zenitçiləri amerikalı təyyarə-casusu elə birinci raket atəşi ilə məhv ediblər. Bu zaman Хruşşov siyasi manevr edərək, pilotun sağ qaldığını və sovet xüsusi xidmət orqanlarının əlində saxlandığı faktını açıqlamır.

Prezident Eyzenhauer iki ayağı ilə Xruşşovun qurduğu tələyə düşür. ABŞ prezidenti rəsmən bəyan edir ki, təyyarə kəşfiyyat deyil, elmi missiyasını yerinə yetirirdi, pilot isə, sadəcə azıb və sovet səması üzərinə səhvən gəlib çıxıb. Və bu zaman hətta SSRİ-ni günahsız insanın məhvində də təqsirləndirir. Axı ABŞ rəhrəbliyinin hardan ağlına gələ bilərdi ki, pilot sağdır… Bundan sonra Хruşşovun zəfər çalmaq məqamı yetişir : Bütün dünyaya təyyarənin qalıqları, casus aparatları və nahayət sağ-salamat qalan pilot-casus nümayiş etdirilir. Pauersin özü isə bütün dünyaya bəyan edir ki, o, MKİ-nin tapşırığı ilə uçuşlar keçirərək, casusluq edirdi. Bu, böyük bir qalmaqal idi. Müharibə qəhrəmanı, dürüstlüyü ilə tanınan Eyzenhauer nəinki casusluqda, həm də yalançılıqda ittiham olunurdu. Bu, onun üçun əsl biabırçılıq idi.

Eyzenhauer SSRİ-dən üzr istəməkdən imtina edir. Bunun əvəzində, «casusluq etmişik, bundan sonra da edəcəyik, çünki ABŞ-ın təhlükəsizliyi bundan asılıdır», deyib, özünə haqq qazandırdı. Хruşşov da borclu qalmır: «Siz üzr istəmirsizsə, onda bizim daha danışılacaq heç bir sözümüz yoxdur!» Beləcə, Sovet-Amerika rəsmilərinin planlaşdırılan görüşü baş tutmur.

Uşaqları xilas edərək özü həlak olur

Frensis Qeri Pauers SSRİ Ali məhkəməsi Hərbi kollegiyasının qərarı ilə 1960-ci ilin avqustunda ilk üç ilini həbsxanada keçirməklə, 10 il müddətinə azadlıqdan məhrum edilir. İl yarımdan sonra onu sovet kəşfiyyatçısı Vilyam Fişer (agent adı Rudolf Abel) ilə dəyişdilrirlər. Vətənə qayıtdıqdan sonra, onu həbs etmirlər. Lakin uzun illər işsiz qalaraq, çox çətinliklərlə üzləşir. Nəhayət, Los-Ancelesdəki bir radio-televiziya xəbər agentliyində helikopter pilotu vəzifəsində işə düzəlir. 1 avqust 1977-ci ildə onun idarə etdiyi helikopter, meşə yanğını çəkilişlərindən qayıdarkən qəzaya uğrayır.
Qəzanı araşdıran ekspertlərin fikrincə, Pauersin xilas olma şansı var imiş, lakin o, yanan helikopteri uşaqlar oynayan meydançadan uzaqlaşdırmaq qərarına gəlib…

XXI əsrin əvvəllərində Pauers yenidən yada düşür: 2012-ci ildə o, əhəmiyyətinə görə Amerikada üçüncü mükafat sayılan «Gümüş Ulduzla» təltif olunur. Bu mükafat Pauersə «həyati əhəmiyyətli məlumatları əldə etmək üçün bütün çətinliklərə mətanətlə dözdüyünə və əməkdaşlıq
haqda təklifləri rədd etdiyinə görə» verilir. Bununla da SSRİ ərazisi üzərində kəşfiyyat uçuşlarının qarşısı alınır, üstəlik tezliklə belə uçuşlara heç ehtiyac da qalmayacaqdı: peyk-casusların zamanı artıq yavaş-yavaş yaxınlaşırdı. Pauersin təyyarəsinin qalıqları isə bu gün də Moskvada Silahlı Qüvvələr Muzeyində nümayiş etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.