İranın nüvə proqramı üzrə razılaşmanın əsas bəndləri müəyyən edilib

4-04-2015, 15:13           
İranın nüvə proqramı üzrə razılaşmanın əsas bəndləri müəyyən edilib İran və “altılıq” ölkələri (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında nüvə proqramı üzrə razılaşmanın əsas bəndləri müəyyən edilib.

APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bəyan ediblər.

Tərəflər İranın nüvə ehtiyatının mühüm hissəsinin ölkə ərazisindən kənara çıxarılmasına dair razılıq əldə ediblər. Bununla belə, İranda nüvə obyektlərinin heç birisi sökülməyəcək. Uranın zənginləşdirilməsi ilə yalnız Natanze şəhərindəki zavod məşğul olacaq. Müəssisə 3,76%-dək zənginləşdirilmiş uranı yalnız mülki məqsədlər üçün istehsal edəcək. Fordo şəhərindəki müəssisə isə elmi-tədqiqat nüvə fizikası mərkəzinə çevriləcək. MAQATE (Atom enerjisi üzrə Beynəlxalq Agentlik) İranın nüvə proqramının sülh xarakterli olmasını izləyəcək. Təşkilatın ekspertləri İranın nüvə obyektlərinə 20 il ərzində baxış keçirə biləcəklər.

İyunun sonuna planlaşdırılan hərtərəfli sazişin bağlanmasından sonra isə ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyalar tədricən aradan qaldırılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru