İran yenidən qarışdı: İnqilab Mühafizəçilərinin 7 maşını məhv edildi — Ahvaz lider ərəbləri köməyə çağırdı

4-04-2015, 15:15           
İran yenidən qarışdı: İnqilab Mühafizəçilərinin 7 maşını məhv edildi — Ahvaz lider ərəbləri köməyə çağırdı İranın Ahvaz bölgəsində rejimə qarşı başladılan aksiyalar yenidən vüsət alıb.
Avropa.info xəbər verir ki, Ahvazdakı müxaliflərin lideri Saleh Əbu Şərif ərəb ölkələrinə müraciət edib. Müraciətdə Ahvaz bölgəsi əhalisinin ərəb olduğu bildirilərək, ərəb ölkələrindən İran rejiminə qarşı yardım istənilib. Saleh Əbu Şərif həmçinin, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasını dəstəklədiklərini də ifadə edib.
Qeyd edək ki, bir neçə gün öncə, İranda keçirilən aksiyalar silahlı qarşıdurmaya çevrilmişdi. Hər şey ötən həftə oynanan matç sonrası İran İnqilab Mühafizəçiləri əsgərlərinin yeniyetmə Yasir Eşlibaşini öldürməsindən sonra başladı. İran İnqilab Mühafizəçiləri cənazə törəninində İran rejimi əleyhinə şüar səsləndirilməsinin ardından mərasimə atəş açdı. Bu hadisələr sonra silahlı müqavimətə başlayan ahvazlılar, İran inqilab qvardiyasına məxsus 7 maşını məhv edib.
Xatırladaq ki, 10 milyon əhaliyə sahib Ahvaz bölgəsi 1925-ci ildən bəri İranın nəzarəti altındadır. Ahvaz bölgəsinin əhalisi ərəbdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.