Böyük Britaniya səfirliyi separatçıların London səfəri barədə
1-07-2015, 20:58
Rəsmi London qondarma “DQR”i tanımır, Qarabağ separatçılarının rəhbərinin Böyük Britaniyaya səfəri özəl xarakter daşıyır. Bu barədə Turan-a Böyük Britaniya səfirliyindən Britaniyanın Chatham House İnstitutunun Saakyanı dəvət etməsini şərh edirkən bildiriblər.
“Böyük Britaniya qondarma Dağlıq Qarabağ Respublikasını tanımır və Böyük Britaniya hökumətinin onun istənilən nümayəndəsi ilə heç bir əlaqəsi yoxdur.
Saakyan Böyük Britaniyaya özü gedib və Böyük Brutaniya hökuməti onun səfərində heç bir oynamır.
Chatham House müstəqil qurumdur və öz tədbirlərinə kimi dəvət etməklə bağlı qərarları özü verir.
Böyük Britaniya hökuməti qeyri-hökumət təşkilatlarının fəaliyyət azadlğına hörmətlə yanaşaraqbu qərarlara heç bir təsir göstərmir yoxdur”, - səfirliyin şərhində deyilir.
Saakyan Dağlıq Qarabağ ətrafında vəziyyətə dair dinləmələrə dəvət olunub. Tədbir iyulun 8-də Londonda keçiriləcək.
Chatham House onu “Dağlıq Qarabağ Respublikasının de-fakto prezidenti” kimi təqdim edir.
Qeyd edək ki, Britaniya hökuməti Saakyanın səfərində əlaqəsinin olmadığını bildirsə də separatçıların liderinə vizanı Byük Britaniyanın diplomatik xidməti verib.