Meksikada hakim partiyanın qərargahına hücum olub, ölən və yaralananlar var

6-05-2017, 08:33           
Meksikada hakim partiyanın qərargahına hücum olub, ölən və yaralananlar var
Meksikanın paytaxtı Mexiko yaxınlığında hazırda iqtidarda olan "İnqilabi İnstitusional Partiyası"nın (Partido Revolucionario Institucional - PRI) yerli qərargahına hücum olub.

APA-nın “Prensa Latina” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində üçü polis əməkdaşı olmaqla 4 nəfər ölüb, daha 3 polis əməkdaşının yaralandığı bildirilir.

İlkin məlumata əsasən, insidentlə əlaqədar bir nəfər saxlanılıb. Naməlum silahlıların əksəriyyəti hadisə yerindən avtomobillə uzaqlaşa bilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru