Mafiya başçısı qadın paltarında həbsxanadan qaçmaq istədi – FOTO

12-05-2017, 10:00           
Mafiya başçısı qadın paltarında həbsxanadan qaçmaq istədi – FOTO
Hondurasda 55 yaşlı Fransisko Herrera Arqueta qadın paltarında həbsxanadan qaçmağa çalışıb.

Axşam.az-ın “BBC”yə istinadən məlumatına görə, o, ailələrin məhkumları ziyarətə gəldiyi gündə uzun bir ətək, sarı parik, günəş gözlüyü və saxta sinə ilə qadın qılığına girib.

Arqueta makiyaj edib, hətta dırnaqlarına boya da sürtüb. Lakin o, mühafizəçilər tərəfindən şübhəli qarşılanaraq saxlanılıb. Bir mühafizəçi ondan gözlüyünü çıxartmasını istəyib. Onlar Arquetanın qəribə yeridiyini və səsinin də kişi kimi çıxdığını hiss ediblər.

Bir mafyanın lideri olan və “Don Chico” ləqəbi ilə tanınan Arqueta 2015-ci ilin sentyabrında həbs edilib. O, qaçmağa xəhd etdiyi üçün daha ağır cəza ilə üzləşəcək və ölkənin ən təhlükəli həbsxanalardan olan “El Pozo”ya transfer olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru