Koalisiya qüvvələri Suriyaya hava zərbələri endirib: 5 dinc sakin həlak olub

13-05-2017, 08:22           
Koalisiya qüvvələri Suriyaya hava zərbələri endirib: 5 dinc sakin həlak olub
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın Deyr ez-Zor şəhəri yaxınlığına, şimal-şərq ərazisinə endirdiyi hava zərbələri nəticəsində 5 dinc sakin həlak olub.
"Report"un "TASS"a istinadən məlumatına görə, bu barədə "Al Jazeera" telekanalı mənbəyə istinadən xəbər verib.
Məlumata görə, koalisiyanın hərbi təyyarələri terrorçuların Deyr ezz-Zorun şərqindəki El-Kuriyə yaşayış məntəqəsində güman edilən mövqelərinə hücum edib. Qeyd edilir ki, eynən iki gün bundan əvvəl beynəlxalq koalisiyanın hərbi hava qüvvələrinin Rakka şəhərinin şimalındakı Es-Salahi kəndinə gecə hücumu zamanı azı 11 yerli sakin həlak olub. Onlardan 4-ü uşaqlardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru