Dünyanı lərzəyə salan dağıdıcı proqram Rusiyada

13-05-2017, 08:53           
Dünyanı lərzəyə salan dağıdıcı proqram Rusiyada
Avropa və Asiyadakı kiber hücumları Rusiyaya da gəlib çatıb.

Axar.az xəbər verir ki, komputerlərin sistemlərini məhv edən zərərverici proqram Rusiya və Tayvanın ərazisindəki serverlərə ziyan vurub.

Qeyd edək ki, bu zərərverici proqramdan Böyük Britaniya, İspaniya, İtaliya, Almaniya, Portuqaliya, Türkiyə, Ukrayna, Qazaxıstan, İndoneziya, Vyetnam, Yaponiya və Filippin kimi ölkələr ziyan çəkib.

Bildirilir ki, proqram kompüterin ekranını bloklayır və işin bərpası üçün bitkoynax-da ödəniş tələb edir.

KİV-in məlumatına görə, Rusiya İstintaq Komitəsinin daxili şəbəkələrinə və Rusiyanın Daxili İşlər Nazirliyinə qoşulmuş kompüterlər haker hücumuna məruz qalıb. Ancaq bu məlumat təsdiqini tapmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru