Böyük kapital axını Rusiya iqtisadiyyatını sarsıdır

13-05-2017, 10:02           

Rusiyadan kapital axını bu ilin yanvar-aprel ayları ərzində keçən ilin analoji dövrü ilə müqayisədə 2,1 dəfə artıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Mərkəzi Bankı yayıb. Mərkəzi Bank ilk 4 ay ərzində kapital axınının 21 milyard dollara (keçən ilin analoji dövründə bu 9,8 milyard dollar idi – red.) çatdığını bildirib.

Qeyd edək ki, Rusiyadan irimiqyaslı kapital axını 2014-cü ildən start götürüb. 2014-cü ildə ölkədən 153 milyard dollar, 2015-ci ildə 57,5 milyard dollar, 2016-cı ildə isə 15,4 milyard dollar kapital çıxarılıb.

Rusiya İqtisadi İnkişaf naziri Maksim Oreşkin bu ilin aprelində ölkədən kapital axınının 8-10 milyard dollar olacağını proqnozlaşdırmışdı. Nazirlik 2019-cu ildə bu rəqəmin 6 milyard dollara düşəcəyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru