Amerikalı nazir: “ABŞ Avropa İttifaqı ilə əlaqələri yaxşılaşdırmaq niyyətindədir”

13-05-2017, 10:12           

“Amerika Avropa İttifaqı və Böyük Britaniya ilə əlaqələri daha da yaxşılaşdırmalıdır. ABŞ-ın Avropa İttifaqı ilə əlaqələri yaxşılaşdırmağı iqtisadi və maliyyə cəhəttən xeyirlidir”.

“Ölkə.Az” xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib. ABŞ-ın Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Stiven Mnuçin bu sözləri Almaniyanın maliyyə naziri Volfqanq Şoyble ilə görüşü zamanı deyib.

Görüş zamanı həmçinin ABŞ və Lamaniya arasında iqtisadi əməkdaşlıq müzakirə obyekti olub. İqtisadi baxımdan hər iki ölkə üçün xeyirli olan məsələlərə diqqət ayrılıb. Həmçinin beynəlxaql iqtisadi əməkdaşlıq baxımından da münasibətlərə aydınlıq gətirilib.

“Stiven Mnuçin görüş zamanı bildirib ki, ABŞ Avropa İttifaqı ilə iqtisadi tərəfdaşlığın marağındadır. ABŞ üçün Avropa İttifaqı, İngiltərə və Almaniya ilə iqtisadi əlaqələr xeyirlidir”, - deyə nazirlikdən bildirilib.

Görüş ərəfəsində Mnuchin həmçinin Şimali Koreyanın yaratdığı təhlükələrin həllində əməkdaşlığın vacibliyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru