Şimali Koreya növbəti dəfə ballistik raketi sınaqdan keçirib

14-05-2017, 08:51           
Şimali Koreya növbəti dəfə ballistik raketi sınaqdan keçirib
Şimali Koreya növbəti dəfə orta mənzilli ballistik raketi sınaqdan keçirib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, raket ölkənin şimal-qərbindəki Kuson yaşayış məntəqəsinin yaxınlığında yerləşən poliqondan Yaponiya istiqamətində buraxılıb. Tipi məlum olmayan raket 1000 km hündürlükdə 700 km məsafəni qət edərək Yapon dənizi akvatoriyasına düşüb.

Bəzi məlumatlara görə, sınaqdan keçirilən sursat “KN-17” tipli orta mənzilli ballistik raketdir.

Pentaqon nümayəndəsi Şimali Koreyanın naməlum tip ballistik raketi sınaqdan keçirdiyini iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru