Şimali Koreya Rusyaya sataşdı - Sərhəddində ballistik raketi sınaqdan keçirdi

14-05-2017, 19:31           
Şimali Koreya Rusyaya sataşdı -  Sərhəddində ballistik raketi sınaqdan keçirdi
Musavat.com CNN-nə istinadən xəbər verir ki, bugun erkən saatlar Şimali Koreya yenidən balistik raket buraxdı.

ABŞ rəsmilərin verdiyi məlumata görə raket Rusyaya şərqində Vladivostoka yaxın yerdə Yapon dənizinə buraxılıb. Sınaq testi Şimali Koreyanın qərbindəki Kusonq şəhərinin yaxınlığından həyata keçirilib. Yaponya müdaifə nazirinin məlumat verib ki, raket 2000 km məsafə qət edib və təxminən 30 dəqiqə ərzində havada uçub. “Çox guman ki, bu yeni tip raketdir”- müdafiə naziri bildirib.

Rusya Şimali Koreyanın sınaq testinə uzaq şərqdəki müdafiə qüvvələrini alarm vəziyyətinə gətirməkəl cavab verdi. Rusya Federasiyası Müdafiə və Təhlükəsizlik Komitəsinin Federal Şurası rəhbəri Viktor Ozerov bu barədə məlumat verib və deyib: “Biz başa düşmürük ki, hədəf Rusyanın ərazisi kimi olub və yaxud raket bizim əraziyə də düşə bilərdi. Lakin biz uzaq şərqdəki havadan müdafiə sistemləri hazır vəziyyətdə saxlamalıyıq ki, hər hansı insidentə qarşı hazır olaq”- Ozerov deyib.

Analitiklər Rusyaya yaxın əraziyə raketin buraxılmasını Pxenyandan “mən sənə də toxunaram” mesajı olduğunu bildirirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.