Yaponiyaya qaçaqmalçılıq yolu ilə gətirilən 100 kiloqramdan çox qızıl saxlanılıb

1-07-2017, 10:28           
Yaponiyaya qaçaqmalçılıq yolu ilə gətirilən 100 kiloqramdan çox qızıl saxlanılıb
Yaponiya gömrük orqanları Kansay aeroportunda ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 100 kiloqramdan çox qızıl külçə saxlayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Malayziya vətəndaşları tərəfindən gətirilən qızılın ümumi dəyəri 500 milyon yenə (təqribən 4,5 milyon dollar) bərabərdir.

Qeyd edək ki, son vaxtlar Yaponiyaya qaçaqmalçılıq yolu ilə qızılın gətirilməsi hallarına tez-tez təsadüf olunur. Belə yükü, adətən Honkonq və Cənubi Koreyadan gətirməyə çalışırlar. Qızıl qaçaqmalçılığına səbəb kimi Yaponiyada əlvan metalın baha olması göstərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru