İŞİD son hücumlarını təşkil edir: Bu dəfə qadın geyimində…

4-07-2017, 21:00           

Qadın geyimləri geyinib qarşıdurmadan qaçanların arasına qarışan iki İŞİD terrorçusu İraq əsgərlərini hədəf alıb.

Hurriyyet.org xəbər verir ki, sivil insanların da olduğu sığınacaqda azı 14 əsgərin həlak olduğu, 20 əsgərin yaralandığı bildirilir.

Mosulda isə Əl Nuri məscidinin yaxınlığındakı bir binanın zirzəmisində iki qadın kamikadze özlərini partladıb. Bu hücum zamanı 1 əsgər ölüb, çox sayda əsgər yaralanıb.

Son rəsmi açıqlamaya görə, Rakkanın Köhnə Şəhər bölgəsində yalnız bir məhəllədə terror təşkilatının 200 üzvü qalıb. Ordu komandirləri 48 saat içərisində şəhərin tamamilə azad olunmasını gözləyir.

İŞİD-in yaşlı insanları həbs etdiyi bir başqa zirzəmi isə Köhnə Şəhər bölgəsində tapılıb. Ordu tərəfindən aşkar edilən və görüntülənən videoda yaşları 75-ə qədər olan insanların aclıq və susuzluqdan ölmək üzrə olduqları göstərilib.

8 aydan çoxdur ki, cəbhədə terrorçulara qarşı savaşan İraq əsgərləri artıq zəfərlərini qeyd etməyə başlayıblar. Yerli xəbər agentlikləri əllərində İraq bayrağı tutaraq sevinc içində qışqıran əsgələrin fotolarını yayıblar.

Qeyd edək ki, 17 oktaybrda başlayan Mosul əməliyyatında İŞİD lideri Əbubəkr əl Bağdadinin xilafət elan etdiyi Əl Nuri məscidi də geri alınıb və bir dönüş nöqtəsi gerçəkləşdirilib.

İŞİD terror təşkilatı may ayından bəri İngiltərənin Mançester və London, İndoneziyanın Cakarta, Fransanın Paris, İranın Tehran, Filippinin Mindanao şəhərində də sivil insanlara çox sayda hücumlar təşkil edib. 30-dan çox ölkəni əhatə edən 200-ə yaxın hücumun bəziləri İŞİD-in öz üzvləri, bəziləri isə yerli terror təşkilatları tərəfindən həyata keçirilib.

Rəsmilər bu terror təşkilatının çox az sayda üzvü qaldığını, nəzarətindəki ərazilərin bir neçə məhəllədən ibarət olduğunu və tezliklə bu təşkilatın tamamilə məhv ediləcəyini açıqlayıblar. /publika.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.