ABŞ gecikdi: "Daldan atılan daş" BMT TŞ-a dəyər

5-07-2017, 13:10           

ABŞ BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırıb.

Ovqat.com-un məlumatına görə, toplantıda Şimali Koreyanın son qitələrarası raket sınağı müzakirəsi ediləcək.

Vaşinqtonun bu qədər əl-ayağa düşməsinin isə çox mühüm bir səbəbi var. ABŞ rəsmilərinin və mütəxəssislərin mediaya sızdırdığı xəbərlərə əsasən, Şimali Koreyanın son qitələrarası raket sınağı ilk dəfə uğurlu alınıb. Mütəxəssislər bu tipli raketlərlə rəsmi Pxenyanın Alyanska yarımadasını vurmaq potensialına malik olduğunu etiraf ediblər. ABŞ da öz təhlükəsizliyinə təhdid kimi gördüyü bu gücün qarşısını almaq və lazımi önləyici tədbirlər görmək üçün məsələni BMT TŞ-a daşımaq niyyətindədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.