Nyu-Yorkun ticarət mərkəzində naməlum şəxs atəş açıb
9-07-2017, 09:03
Nyu-York polisi "Kings Plaza" ticarət mərkəzində atışma barədə məlumatları yoxlayır. "Report" "NBC"yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları atışmanın olduğunu təsdiqləyiblər və xəsarət alanların olmadığı bildirilib. Ticarət mərkəzinin ziyarətçiləri təxliyyə edilib. Hazırda polis atəş açan şəxsi axtarır. Onun saxlanılması barədə məlumat verilməyib.