Norveçdə gecə klubu qarşısında atışma olub, yaralananlar var - VİDEO
9-07-2017, 10:59
Osloda gecə klubu qarşısında atəş açılması nəticəsində 4 nəfər xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Aftenposten" nəşri yazıb. Bildirilir ki, zərərçəkənlər arasında həm müəssisə əməkdaşları, həm də ziyarətçilər var. Şübhəli şəxs saxlanılıb.