Tramp hərbçiyə kömək etmək istədi, amma...- VİDEO

10-07-2017, 02:23           

ABŞ prezidenti Donald Trampın güclü külək səbəbindən hərbi papağı yerə düşən əsgərə kömək cəhdi uğursuz olub.

"Report"un məlumatına görə, Tramp ABŞ Dəniz Piyadaları Korpusunun vertolyotunun göyərtəsinə yaxınlaşanda güclü küləyin əsgərlərdən birinin papağını başından çıxardığını görüb.

Əsgər qaydalara əsasən əllərini yanına salaraq hərəkətsiz dayanıb. Prezident hərbi papağı yerdən qaldıraraq onu əsgərin başına qoyub. Lakin külək dərhal yenidən əsgərin baş geyimini pozub.

Səyləri uğursuz nəticələnmiş ABŞ lideri əllərini əsgərin çiyninə vurub və hərbi vertolyotun göyərtəsinə qalxıb.
[media=https://www.youtube.com/watch?v=hWWZickIDgk]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.